Azyaşlı uşağı oğurlayan qadına cəza istənilib-12 il

media-hightechnic-468x90

14eabeb9ffb7662ed636904fb7383551Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

media-banner_tkm

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 11-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05