Babayevdən benzinlə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.

“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, – deyə nazir bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600