Bakı-2015 I Avropa oyunları ilə bağlı konfrans keçiriləcək

media-hightechnic-468x90

скачанные файлы (1)Rusiya paytaxtında Bakı-2015 I Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı fevralın 14-də TASS agentliyində baş tutacaq.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa oyunlarının təşkilat komitəsinin icraçı direktoru Azad Rəhimov və Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edəcək.

Qeyd edək ki, Bakı-2015 I Avropa oyunları iyunun 12-28-də keçiriləcək. Avropa oyunları proqramına 20 idman növü daxil edilib. Onlardan 16-sı olimpiya idman növüdür. Avropa oyunlarında 239 komplekt medal uğrunda 6 mindən çox idmançının mübarizə aparacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa