Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə bir reys daha təyin edildi

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarını əlavə reysə cəlb edib.

Bu barədə Yenicag.az ADY-yə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.

“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, – məlumatda qeyd edilib

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa