Bakı Beynəlxalq Avtovağzal Kompleksində dezinfeksiya işləri aparıldı

media-hightechnic-468x90

Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronovirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır. Son 10 gündə 2 628 reyslə 60 270 sərnişin avtovağzaldan yola salınıb, 175 reyslə 3 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib.

Ən çox sərnişin martın 3-də müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq, 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05