Bakı İrəvana MESAJ VERDİ: Müzakirələr yalnız Paşinyanla OLACAQ

media-hightechnic-468x90

“Ağlını başına yığıb regiondakı siyasətinə düzəlişlər edən Ermənistanla bir sıra məsələlərdə həll yolunun tapılması perspektiv üçün mümkün görünür”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, Azərbaycanla Ermənistan arasında aktiv sülh proseslərinin mümkün nəticələrini şərh edib.

Hərbi ekspert bildirib ki, sülh sazişinin imzalanması üçün AzərbaycanErmənistan liderlərinin Əbu-Dabi görüşü əhəmiyyətli addım sayılır:

“Çünki görüş həm ikitərəfli qaydada, həm də Cənubi Qafqazda maraqları olmayan BƏƏ-də keçirilib. Belə görüşlərin keçirilməsi sülh prosesinin sürətləndirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 5 saat davam edən görüş bir sıra lazımlı məsələlərin geniş şəkildə müzakirə edildiyindən xəbər verir. Yaxın gələcək üçün Ermənistanda parlament seçkiləri gözlənilir. Seçkilərdən öncə “Çərçivə Sülh Sazişi”nin imzalanması ilə bağlı ehtimallar yüksəkdir. Belə olan halda, İrəvanın Zəngəzur dəhlizinin açılmasına və ATƏT-in Minsk qrupunun ləğvinə razı olacağı düşünülür. Həmçinin bir müddət öcə başlayan delimitasiya və demarkasiya məsələsində də aktivlik müşahidə ediləcək”.

Ə. Verdiyevə görə, Paşinyan bu uğuru ilə seçkiöncəsi təbliğat kampaniyası aparacaq:

“Revanşistləri və kilsə nümayəndələrini həbs edən Baş nazirin imkanları daha da genişlənəcək. Proseslərdə Ankaranın da təsiri aktiv şəkildə hiss olunacaq. Bakı isə müzakirələri Paşinyandan başqası ilə davam etdirməyəcəyini açıq-aşkar bildirəcək. Bir sözlə, Paşinyan yüksək ehtimalla yenidən baş nazir postuna qayıdacaq. Yalnız bundan sonra iki ölkə arasında yerdə qalan digər məsələlər, o cümlədən Qərbi Azərbaycana qayıdış da müzakirə mövzusu olacaq. Ağlını başına yığıb regiondakı siyasətinə düzəlişlər edən Ermənistanla bir sıra məsələlərdə həll yolunun tapılması perspektiv üçün mümkün görünür. Lakin bir şeyi unutmaq olmaz ki, sülh, yalnız Azərbaycanın haqlı tələbləri yerinə yetiriləndən sonra olacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600