!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı kameralarında üztanıma funksiyasının olmamasına polis mayorundan REAKSİYA

!Reklam – Yazi

Polis çoxfunksiyalı videomüşahidə kameralarının imkanlarından istifadə edir

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Yenicag.az” saytında yayımlanan “Bakıdakı təhlükəsizlik kameralarının “ACİZLİYİ”: “Üztanıma” funksiyasının olmaması…” xəbərinə münasibət bildirib.

E.Hacıyev qeyd edib ki, Bakı şəhərində profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə qabaqcıl texnologiyaların imkanlarından geniş istifadə olunur.

“Qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi və hüquq qaydasına çoxfunksiyalı videomüşahidə kameraları vasitəsilə fasiləsiz nəzarət həyata keçirilir”, – Hacıyev bildirib.

“Paytaxtda cari ilin 9 ayı ərzində təhlükəsizlik kameraları vasitəsilə 3877 hadisə aşkarlanıb. Eləcə də kameraların arxiv görüntülərindən istifadə olunmaqla 219 bağlı cinayətin açılması tərəfimizdən təmin olunub”, – deyə o, sözlərinə əlavə edib.

Xidmət rəisi bildirib ki, paytaxtda hüquq qaydasının fasiləsizliyinin təminatı üçün polis ən müasir texnologiyaların imkanlarından geniş yararlanır.

“İctimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, paytaxtda qabaqcıl texnologiyaların dairəsinin genişlənməsi diqqət mərkəzindədir”, – deyə polis mayoru vurğulayıb.

 

COP29

www.yenicag.az

1781
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv