Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq: “Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək”.
Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın “Qarabağ” komandası ilə Ukraynanın “Vorskla” komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq./Trend/
www.yenicag.az