!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Metropoliteni işçi axtarır

!Reklam – Yazi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

QSC-dən Yenicag.az-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

Tələblər:

• Ali təhsil (tələb olunan sahə üzrə);

• Yaş: 25-45;

• 3 ildən yuxarı iş təcrübəsi;

• Hərbi mükəlləfiyyətli;

• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;

• “Microsoft Office” proqramlarını istifadəçi səviyyəsində bilməli;

• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;

• dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;

• Təhqiqat və monitorinqlərin aparılması;

• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;

• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;

• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması

• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

İş rejimi: 09:00-18:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

COP29

www.yenicag.az

7557
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv