Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı - FOTO

media-hightechnic-468x90

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.

Yenicag.az xəbər verir ki, artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa