Bakı sülhə TƏLƏSİR – İrəvanla danışıqlar hansı MƏRHƏLƏDƏDİR?
“Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması üçün tələsir”.
Bu fikri Əbu-Dabi görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda bağlanma ehtimalını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması yaxın görünür:
“Sülh müqaviləsinin imzalanması sanki son mərhələyə gəlib çıxıb. Ermənistan Baş naziri ilə Azərbaycan Prezidentinin apardığı danışıqlar, müəyyən məsələləri müzakirə etmələri onu göstərir ki, proseslər sülhə daha yaxındır. Yalnız bir problemli məsələ var. O da, Rusiyadır. Rusiya həm Ermənistanla, həm Azərbaycanla münasibətləri gərginləşdirir. Sanki Ermənistan Rusiyanın, Azərbaycan isə ABŞ-nin dəstəyini almağa çalışır. Hər halda, sülh müqaviləsinin bağlanması yolundakı bir sıra əngəllər götürülüb. ATƏT-in Minsk qrupu kimi məsələlər isə sülh müqaviləsinin imzalanmasından sonrakı mərhələyə nəzərdə tutulur. Müşahidələr onu göstəririr ki, hər iki tərəf də sülh müqaviləsinin imzalanması üçün tələsir”.
Səxavət Məmməd