!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt elektrik qatarında gediş haqları artırılır - CƏDVƏL

!Reklam – Yazi

Yanvarın 28-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmiryolları” QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək. Beləliklə, ekonom sinifə adi vaqonlarda gediş haqqı 0,6-1 manatdan 0,6-1,1 manata, biznes sinifə aid vaqonlarda gediş haqqı isə 1,2-1,6 manadan 1,7-2,1 manata dəyişir.

İstiqamət

Tarif (manatla) (ƏDV daxil olmaqla)
Ekonom Biznes
Plastik kartla çap olunmuşbiletlə Plastik kartla çap olunmuşbiletlə
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1,0 1,10 2,00 2,10
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0,40 0,50 1,60 1,70
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0,60 0,70 1,80 1,90
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0,40 0,50 1,20 1,30
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0,80 0,90 1,80 1,90
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0,60 0,70 1,60 1,70
Mət
COP29

www.yenicag.az

1308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv