Bakı-Tbilisi marşrutu: İqtisadi və siyasi əlaqələrdə YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

“Bakı-Tbilisi-Bakı reysinin açılması iki dövlət arasında iqtisadi, siyasi və mənəvi əlaqələrə mühüm töhfə verəcək”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

media-arzu-oz-ela

Deputat Azərbaycan və Gürcüstan arasında əldə olunmuş razılaşmaya əsasən, Bakıdan Tbilisiyə və əks istiqamətdə sərnişin qatarlarının bərpasının gələcək iqtisadi əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:

“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası Azərbaycan və Gürcüstan tərəfləri arasında prinsipial razılığın nəticəsidir. Hazırda texniki və təşkilati məsələlər müzakirə edilir və reyslərin yaxın vaxtlarda yenidən fəaliyyətə başlaması gözlənilir. Məlumdur ki, bu marşrutun fəaliyyəti COVID-19 pandemiyası dövründə dayandırılmışdı. Son illər ərzində xəttin yenidən açılması ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparılır, texniki problemlər həll edilirdi. Müzakirələrin əsas mövzusunu sərhəd keçidi və texniki hazırlıq məsələləri təşkil edirdi. Sərnişindaşımanın bərpası üçün siyasi və texniki bazanın tam hazır olması mühüm bir siqnaldır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hələ fevral ayında bildirmişdi ki, Bakı-Tbilisi-Bakı marşrutu Prezident İlham Əliyevlə müzakirə edilib və Azərbaycan tərəfi bu məsələyə dəstək göstərib. Son həftələrdə hər iki ölkə lideri arasında həm Tbilisi, həm də Bakıda keçirilən görüşlərdə nəqliyyat və dəmir yolu əməkdaşlığı yenidən prioritet mövzuya çevrilib. Xüsusilə Bakı-Tbilisi qaz xətti üzrə sənədlərin imzalanması bu istiqamətdə aktiv koordinasiyalı işin aparıldığını göstərirdi.

Düşünürəm ki, mayın 26-da bu yol açılacaq. Əsas məqam odur ki, ayın 26, 27 və 28-i hər iki dövlətin Müstəqillik Günlərinin qeyd edilməsinə təsadüf edir. Reyslərin açılışı üçün dəqiq start tarixi kimi məhz 26 may göstərilir. Gürcüstan və Azərbaycan mediasında da ilk reysin həmin gün başlaya biləcəyi qeyd olunur. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən verilən açıqlamalar da ciddi hazırlıq işlərinin getdiyini təsdiqləyir. Bakı-Tbilisi qatarı üçün rəsmi bilet satışı hələ açılmasa da, əvvəlki qrafikə əsasən, qatarın Bakıdan axşam saat 20:00-21:00 radələrində çıxması, səhər saat 08:00-09:00 radələrində isə Tbilisiyə çatması gözlənilir. Yaxın günlərdə ADY-nin bilet satışı barədə rəsmi elan verəcəyi gözlənilir. Ehtimal edirəm ki, ilk mərhələdə test reysləri həyata keçiriləcək, daha sonra isə reyslərin sayı artırıla bilər.

Bu addım iki dövlət arasında anlaşmanın möhkəmlənməsinə və “Orta Dəhliz”in daha geniş işlənməsinə xidmət edir ki, bu da regiona yalnız sülh gətirir. Bu, gələcəkdə regionda sülhün bərqərar olması istiqamətində atılan ən mühüm addımlardan biri olacaq. Layihə həm iqtisadi, həm siyasi, həm də mədəni və mənəvi cəhətdən əlaqələrimizi ən yüksək səviyyədə büruzə verəcəkdir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05