Bakı və İrəvan arasında yeni dövrün BAŞLANĞICI: “Bundan sonra Ermənistan heç vaxt...”

media-hightechnic-468x90

“Azərbaycan və Ermənistan arasındakı münasibətlər normallaşmağa doğru gedir. Vaşinqtonda paraflanan Sülh sazişi, rəsmi İrəvanın vaxtaşırı ölkəmizlə mehriban qonşuluq üçün çağırışları onu göstərir ki, onlar normallaşma prosesində maraqlıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ermənistan nəzərəçarpan addımlar atmağa çalışır:

“Bu addımların qısa və ya uzunmüddətli olacağını zaman göstərəcək. Bu baxımdan, ikitərəfli əlaqələrdə nədənsə başlamaq lazımdır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməsi, bizim nümayəndəmizin İrəvanda keçirilən NATO Parlament Assambleyasının Rouz-Rot seminarına qatılması, xaricdə keçirilən beynəlxalq tədbirdə hər iki ölkənin münsiflər heyətinin bir-birinin münayəndələrinə yüksək bal verməsi qarşılıqlı sürətdə atılan addımlardır”.

Onun sözlərinə görə, Azərbaycan gücünü göstərib, ərazi bütövlüyünü təmin edib:

“Bundan sonra Ermənistan heç vaxt bir qarış torpağımızı belə işğal edə bilməyəcək. Azərbaycanla hərtərəfli əlaqələrin qurulması, Ermənistan dövlətinin mövcudluğunun əsas şərtlərindən biridir. Onların xarici bazarlara çıxışı bizim vasitəmizlə ola bilər. Rəsmi Bakının reallaşdırdığı regional layihələrdə Ermənistanın da iştirakı mümkündür. Qonşu ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkərsə, növbəti addımlar səfirliklərin açılması və s. məsələlər gündəmə gələ bilər. Uzunmüddətli mehriban qonşuluq əlaqələrinin qurulması zamanın tələbidir. Təbii ki, sözügedən məsələ ermənilərin səmimiliyindən və beynəlxalq hüquqa hörmətindən asılıdır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa