Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, həmin direktorlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən çıxarılıb.
Bunlar 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblərdir.
İdarədən bu da qeyd edilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən, yeni direktor təyinatı həyata keçirilmişdir.
Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.
www.yenicag.az