Bakıda 85 nurçu saxlanıldı

media-hightechnic-468x90

894244_465557Azərbaycanda “nurçu”luğu təbliğ edən 85 nəfər saxlanılıb.

Sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb(faktxəbər).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600