Bakıda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

media-hightechnic-468x90

Bakının Xəzər rayonunda doqquz yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.

media-banner_tkm

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.

Bu zaman 2014-cü il təvəllüdlü Ramiz Telman oğlu Cəlilli darvazanın altında qalıb.

Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05