Bakıda ağır qəza: 8 yaralı

media-hightechnic-468x90

tecilitibbiyardimBu gün səhər saatlarında Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 02 BM 632 dövlət qeydiyyat nişanlı “Mercedes” və 90 ZX 165 nömrə nişanlı “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan 6 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Qəzada yaralananlardan 7-si kişi, 1-i isə 26 yaşlı qadındır.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa