Bakıda azyaşlının kürəyinə 4 bıçaq vurdular

media-hightechnic-468x90

Bakıda azyaşlının kürəyinə 4 bıçaq vurdular

Yeniçağ.Az xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Məhəllədə 17 yaşlı Quluzadə Aydın Adil oğlunun tanımadığı şəxslə mübahisə düşüb. Bu zaman həmin şəxs üzərində olan bıçaqla Aydın Quluzadənin kürək nahiyyəsinə 4 zərbə endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinədən sonra həkimlər Aydın Quluzadəyə vurulan 4 bıçaq zərbəsindən ikisinin daxilə nüfuz etdiyini bildiriblər. Aydın Quluzadə polislərə onu vuran şəxsi üzdən tanıdığı lakin adını bilmədiyi deyib.

Faktla əlaqədar cinayət işi başlanıb.

https://www.facebook.com/yenicagaztv/videos/403122533383785/

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa