!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bədbəxt hadisə: "Azəriqaz" əməkdaşı xəsarət aldı

!Reklam – Yazi

Bakıda qaz xəttinin çəkilməsi zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin “D” massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən “Azəriqaz” İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

2549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv