Bakıda “Bentli” qəzaya uğradı

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində qeydə alınıb.

“Bentli” (Bentley) və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub:

“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir (kişi) şəxsə ilkin tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05