!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Beynəlxalq CEO Sammiti keçiriləcək

!Reklam – Yazi

15 noyabr 2022-ci il tarixində ölkəmizdə ilk dəfə olaraq yerli və qlobal şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit” tədbiri baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur.

“Baku International CEO Summit” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan “Milli prioritetlər”dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə həyata keçiriləcək!

Qeyd edək ki, 15 noyabrda Bakıda keçiriləcək CEO-ların Zirvə toplantısının media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv