Bakıda bu küçə 2 gün bağlı olacaq

media-hightechnic-468x90

Bakıda Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan hissəsi 2 gün bağlı olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, avqustun 6-sı saat 08:00-dan avqustun 8-i saat 20:00-dək sözügedən küçədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600