Axşam saatlarında Bakının Xətai rayonunda 23 yaşlı qız binadan yıxılaraq ölüb.
Yenicag.az oxu.az-a istinadən bildirir ki, hadisə Əhmədli qəsəbəsi, Rahib Məmmədov 15 A ünvanında baş verib.
1996-cı il təvəllüdlü Ağayeva Banuçiçək Azər qızı yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb. Açıq kəllə-beyin travması alan yaralı dərhal 3 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq B.Ağayevanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
www.yenicag.az