12:41
15 yaşlı qız özünü binadan atıb.
Bakının Yasamal Rayonunda yerləşən hüdürmərtəbəli binada intihar hadisəsi baş verib. Belə ki, həmin ərazidə yerləşən 16 mərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atan və hadisə yerindəcə vəfat edən 15 yaşlı qızın intihar görüntüləri yayılıb.
Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verdiyi bilinmir./Azxeber/
***
Bakıda 17 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar etməyib.
Bunu Unikal.org-a açıqlamasında 2002-ci il təvəllüdlü Ağazadə Mirfatimənin Füzuli qızının yaxınları bildirib. Məlumata görə, hadisə martın 14-də, Yasamal rayonu Əsəd Əhmədov 45 A ünvanında baş verib. Hadisə baş verən zaman qızın atası yatıb. Belə ki, 11-ci sinif şagirdi Mir Fatimə hamamda olarkən halı pisləşib. Bu zaman o ayağındakı hamam başmağı ilə balkona çıxıb. Ayağı sürüşən 17 yaşlı qız məhəccəri alçaq olan balkondan yıxılıb. 16-cı mərtəbədən yerə yıxılan qızın cəsədi tanınmaz hala düşüb.
www.yenicag.az