Bakıda dəhşətli yanğın:1 ölü-Yenilənib

media-hightechnic-468x90

yangin ev dcfvg03Bakıda yaşayış evində baş verən yanğın söndürülüb.

Yaşayış evinin söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızının yanmış meyiti aşkar edilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb.

***
Azərbaycan paytaxtında yaşayış evi yanır.

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa