Bu gün axşam saatlarında Bakı şəhərinin və ölkənin regionlarının bir qismində elektrik enerjisinin təchizatında fasilə yaranıb.
Yenicag.az xəbər verir ki, enerjinin təchizatında yaranmış təxminən 25-30 dəqiqəlik fasilə “Azərişıq” ASC-nin daxili imkanları hesabına aradan qaldırılıb.
Sözügedən qurumdan verilən məlumata görə, elektrik enerjisinin nəqlində yaranan fasilə “Azərişıq” ASC ilə əlaqədar olmayan səbəblərdən baş verib.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı isə bildirib ki, məsələ araşdırılır. Elektrik enerjisinin nəqlində yaranan fasilənin “Azərenerji” ASC-nin stansiyaları ilə bağlı olub-olmaması araşdırılır.
www.yenicag.az