Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edildi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılmış və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Bədirova Nazilə Tahir qızı hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa