!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evakuatorla avtobus toqquşdu - Yaralananlar var - FOTO

!Reklam – Yazi

Bu gün Binəqədi-Balaxanı yolunda, Mehdiabad qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza zamanı üzərində “Qazel” markalı maşınl daşıyanolan 90 JJ 509 dövlət nömrə nişanlı evakuatorla 108-B saylı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində xəsarət alanlar olub. Maşınlara ciddi ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, qəza saat 17 radələrində baş verib: “Qazel” markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.

www.yenicag.az

3081
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv