Bakıda gənc oğlan avtobusun altında qalaraq ölüb - VİDEO

media-hightechnic-468x90

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb.

Belə ki, “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzi – Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu qəza törədib.

Hadisə şəxsin piyada üçün nəzərdə tutulmayan ərazidən keçdiyi zaman baş verib. 26 yaşlı Oruc İbrahim oğlu İbrahimov avtobusun altında qalaraq ölüb.
Polis əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600