Bakıda havanın temperaturu qalxacaq

media-hightechnic-468x90

bgdfgfhMartın 15-i Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gün ərzində yağmursuz keçəcək, lakin səhər yarımadanın bəzi yerlərində az çiskin olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

media-banner_tuq

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq, cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti gözlənilir.

Yaxın iki gündə Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

trend

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05