Bakıda hərəkətdə olan “BMW” yandı - VİDEO

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunda hərəkətdə olan avtomobildə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Zığ yolunda qeydə alınıb. Yolda hərəkət edən “BMW” markalı avtomobil qəflətən alışıb. Maşının yandığını görən sürücü avtomobili saxlayıb və maşını söndürməyə çalışıb.

Sürücüyə yoldan ötən vətəndaşlar da yardım etməyə başlayıblar. Əraziyə daha sonra FHN cəlb edilib. Yanğın söndürülüb. Alovun avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa