!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda "Hindistan günləri" - Sərgi/FOTO

!Reklam – Yazi

Bakıda “Hindistan günləri” sərgisinin açılışı olub.

Yenicag.az xəbər verir ki sərginin açılış mərasimində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.

Bakı İdman Sarayında “Best of İndia”- “Hindistanın ən yaxşıları” adı altında bu ölkənin məhsullarının sərgisi üçün 60-dan çox stend təşkil olunub.

Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları nümayiş olunur. Qarşıdakı günlərdə stendlərin sayının artırılacağı bildirilib.

Bu, 2019-cu ildə 2-ci belə sərgidir. Sərgi sentyabrın 8-dək davam edəcək.

Sərgiyə giriş sərbəstdir.

Xatırladaq ki, 2018-ci ildə Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 923 milyon ABŞ dolları təşkil edib.

www.yenicag.az

2385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv