Bakıda hökumətlərarası komissiya keçiriləcək

media-hightechnic-468x90

56068Noyabrın 17-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 4-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansooridir.
Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600