“Azərenerji” ASC-nin “8-ci Mikrorayon” adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub”.
Yenicag.az xəbər verir ki, bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Y.Babanlının sözlərinə görə, problem qısa zamanda aradan qaldırılıb. “Azərenerji” ASC-nin tabeliyindəki heç bir stansiyada hər hansı hadisə baş verməyib”, – deyə o bildirib.
ASC rəsmisi qeyd edib ki, hazırda stansiyalar öz gücündə çalışır.
www.yenicag.az