Bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.
“Azərenerji” və “Azərişıq”dan Yenicag.az-a daxil olan birgə məlumata görə, bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub. Narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir.
www.yenicag.az