Bakıda kişi damarlarını kəsdi

media-hightechnic-468x90

big_1419662889_big_1414223961_bicaqBakıda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvani küçəsi 30/68 ünvanında yerləşən qarajda qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Təhmasib Saleh oğlu Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Hümbət qızını Mirzəyevanı bıçaqladıqdan sonra özünə qolundan xəsarət yetirib. O, damarlarını kəsib. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Polisdən T. Mirzəyevin həyat yoldaşı ilə aralarında münaqişə olduğu və onların boşanmaq üçün məhkəməyə müraciət etdikləri bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600