Bakıda mənzildə yanğın – Azyaşlı uşaq son anda xilas oldu

media-hightechnic-468x90

dfgsdgsBakının Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, bina 5 ünvanında vətəndaşa məxsus mənzildə yanğın olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə hissələri və xilasedicilər cəlb olunub.

Hadisə zamanı evdə bir azyaşlı uşaq olub. Yanğınsöndürənlərin köməyi ilə xilas edilən azyaşlı valideynlərinə təhvil verilib. Onun xəsarət almadığı bildirilir.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın tam şəkildə lokallaşdırılıb, onun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi müəyyənləşdirilir. (Apa)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600