Bakıda nazirlərin görüşü keçirildi

media-hightechnic-468x90

images“Azərbaycan və Serbiya arasında geniş və dərin əməkdaşlıq mövcuddur. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparılır.

Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan serbiyalı həmkarı İvitsa Daçiç ilə keçirdiyi görüşdən sonra deyib.

Birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: “Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Biz bu məsələni də müzakirə etdik. Serbiyaya sərmayə yatırırıq. Serbiya Azərbaycan qazının Balkanlara nəqlində maraqlıdır. Yaxın gələcəkdə iki ölkə arasında biznes-forum və müştərək komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub”.

İ. Daçiç isə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyib: “Azərbaycan və Serbiya arasında dostluq münasibətləri var. İki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində münasibətlər inkişaf edəcək. Siyasi iradə mövcuddur, amma iqtisadi əməkdaşlığımız o qədər də inkişaf etməyib və biz bu inkişafa nail olmaq üçün əlimizdən gələni etməliyik. Bizi yeni layihələri müzakirə etməliyik, bu xüsusda Azərbaycan və Serbiya arasında biznes-forumun təşkil olunması zəruridir”.

media-ads-468x90

Bakıda nazirlərin görüşü keçirildi

media-hightechnic-468x90

lllopAzərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən  verilən məlumata görə, görüşdə ölkələr arasında iqtisadi, humanitar və s. sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ş. Mustafayev Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də əməkdaşlığın inkişafına töhfə verəcək.

Görüşdə qeyd edilib ki, iki ölkə arasında müqavilə-hüquqi bazanın olması iqtisadi əlaqələrin daha da inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Z. Laqumciya iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600