Bakıda ölümlə nəticələnən qəza baş verib

media-hightechnic-468x90

98348_res_01Bu gün səhər saatlarında Bakının Xətai rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə “AMAY” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Səhər saatlarında ticarət mərkəzinn yaxınlığında hərəkət edən “Hyundai” markalı maşın qəfil yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü sıxılmış vəziyyətdə maşında qalıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün öldüyü məlum olub.

Sürücünün şəxsiyyəti araşdırılarkən məlum olub ki, o, Təbriz Kərimovdur.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600