Bakıda polisin üzünü şüşə ilə kəsdilər

media-hightechnic-468x90

87883Bakıda iki qardaş xidmətdə polisə hücum edib.

Hadisə bir neçə gün öncə saat 23:30 radələrində Salamzadə küçəsi 16-da yerləşən Miraj kafesində baş verib.

Gədəbəy rayon sakinləri 1990-cı il təvəllüdlü Zamin Məmmədov və qardaşı 1992-ci il təvəllüdlü Zaməddin ictimai qaydanı pozduğu üçün həmin vaxt xidmətdə olan DİN-nin Çevik Polis Alayının polis serjantı 1984-cü il təvəllüdlü Zaur Vəliyev tərəfindən intizama dəvət edilib.

Qardaşlar polisə müqavimət göstərib, Zaməddin Məmmədov şüşə parçası ilə Z.Vəliyevin sifətini kəsib. Məmmədov qardaşları saxlanılıb. Onların hadisə vaxtı sərxoş olduqları müəyyən edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa