Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda polislə dilənçi arasında dava – VİDEO

581980_465841Bakının mərkəzində qarşıdurma yaşanıb. Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar.

Bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş.

Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər.

Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.

Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.

Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar(musavat).

Loading...

www.yenicag.az

222
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100