!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Putini bu şəxs təmsil edə bilər – İDDİA/FOTO

!Reklam – Yazi

 

Bakıda keçiriləcək COP29 tədbirində Rusiyanı ölkə prezidentinin müşaviri, Dövlət Şurasının sədri Aleksey Dumin təmsil edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Nezıqar” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, Kreml Bakıya kimin gələcəyi ilə bağlı hələ qərarın olmadığını bildirsə də, diplomatik kanallardan alınan məlumata əsasən, Dumin Bakıya gələ bilər. Qeyd olunur ki, əgər Dumin Bakıya gələrsə, bu onun ilk beynəlxalq konfransda Rusiyanın təmsil etməsi demək olacaq.

Xatırladaq ki, A. Duminin Rusiya Prezidenti Vladimir Putinin mümkün varisi kimi göstərilməsi son illərdə geniş müzakirə olunur. Bu fikrin yaranmasında isə onun Putinlə yaxın əlaqələri, hərbi keçmişi və siyasi təcrübəsi əsas rol oynayır. Dumin əvvəllər Putinin şəxsi mühafizəçisi kimi xidmət edib, sonra isə Rusiya Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb. Duminin Putinə sadiq olması və hərbi sahədəki təcrübəsi ona Rusiyada nüfuz qazandırıb. Xüsusilə, 2015-ci ildə Duminin Rusiya Müdafiə nazirinin müavini təyin edilməsi və 2016-cı ildə Tula vilayətinin qubernatoru vəzifəsinə gətirilməsi onun siyasi sahədə də təcrübə qazanmasına şərait yaradıb.

Qeyd edək ki, bəzi Qərb mənbələri Dumini Rusiyada mövcud siyasi kursu davam etdirəcək sabit və etibarlı bir varis kimi görür. Moskvada hesab edirlər ki, onun hərbi keçmişi və siyasi təcrübəsi bu rolu icra etmək üçün zəruri potensialı təmin edir. Lakin Duminin varis olacağı ilə bağlı fərziyyələr rəsmi şəkildə təsdiq edilməyib və Putin özü də varisi barədə heç bir konkret açıqlama verməyib. Buna baxmayaraq, Duminin adı mümkün varislər arasında hallandırılan əsas fiqurlardan biri olaraq qalır.

Rafi Müslümov

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv