Bakıda qanunsuz məscid tapıldı
Bir neçə gün öncə Bakıda hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən məscid aşkar ediblər.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində məscidin Qobustan qəsəbəsi 2-ci massivdə yerləşdiyi məlum olub.
Qəsəbə sakini 1990-cı il təvəllüdlü Asif Nərimanov tərəfindən Aşıq Rza adına məscidin qanunsuz fəaliyyət göstərməsi və A.Nərimanovun axundluq etməsi müəyyən olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırmalar davam etdirilir.