!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qatar taksini vurdu - 5 nəfər yaralandı - Nazirlikdən AÇIQLAMA

!Reklam – Yazi

Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Baş vermiş hadisə ilə bağlı “Azərbaycam Dəmir Yolları” QSC-dən verilən məlumata görə, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

***

Səhiyyə Nazirliyi Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı – 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.

Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.

***

Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub:

“Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır”.

www.yenicag.az

1835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv