Bakıda qəza enişi edən təyyarədə halı pisləşən şəxs öldü

media-hightechnic-468x90

eaa6b4aa63c8d155ad82a7206a17e2b2Danimarka vətəndaşı bu gecə xəstəxanada vəfat edib

Bir neçə gün əvvəl Bakıda qəza enişi edən təyyarədə halı pisləşən şəxs vəfat edib. Yenicag.az lent.az-a istinadən xəbər verir ki, Banqkok-Kopenhagen marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb və hava gəmisinin qəza enişi edəcəyi ilə bağlı elan verilib. Bu zaman təyyarədə olan sərnişinlərdən Danimarka vətəndaşı, 73 yaşlı Leseen Elonun halı pisləşib. 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən əcnəbi ölkə vətəndaşı aprelin 20-nə keçən gecə reanimasiya şöbəsində vəfat edib.

L.Elonun vəfatı xəbərini xəstəxanadan Lent.az-a təsdiqləyiblər.

Qeyd edək ki,Bakıda qəza enişi edən təyyarənin göyərtəsində 47 sərnişin və 7 ekipaj üzvü olub.

Qəza enişi zamanı xəsarət alan olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600