Qaradağ rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobilinin dairəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat qəzasının baş verməsi haqqında məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, avtomobildə sıxılan vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 4:52-də başa çatıb.
www.yenicag.az