Bakıda “Sağlamlıq yürüşü” keçirilib
Bu gün Beynəlxalq Ürək Günü ilə bağlı Bakıda Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq yürüşü” keçirilib. Yürüş İdman Sarayının yanından Bayraq Meydanına kimi davam edib. Yürüşdə Səhiyyə Nazirliyinin, Tibb Universitetinin Kardiologiya İnstitutunun əməkdaşları və idmançılar iştirak ediblər.