Bakıda tikinti materialları satılan mağazada yanğın oldu

media-hightechnic-468x90

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır: “Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, “Azəriqaz”ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600