Bakıda tozlu hava şəraiti müşahidə olunur

media-hightechnic-468x90

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Yebicag.az-a bildirib ki, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa